Azərbaycan taekvondoçusu "Prezident Kuboku" turnirində qızıl medal qazanıb

İDMAN 10 noy 2023, 19:22
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq "Prezident Kuboku" turnirində qızıl medal qazanıb.

Demokrat.az
xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bütün döyüşlərini qələbə ilə başa vurub.

O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq toplanışının ardından "Prezident Kuboku" turnirinə qatılıblar.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top