Ehtiyatda olan general-mayor vəfat etdi

HƏRBİ 09 noy 2023, 12:20
Ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.

Demokrat.az
xəbər verir ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə faktı "Report"a Müdafiə Nazirliyi də təsdiq edib.

Qeyd edək ki, Mahmud Həmzəyev Beyləqan korpusunun sabiq komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top