BQXK media nümayəndələri üçün seminar keçirib

MEDİA 04 noyabr 2023, 11:26
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) media nümayəndələri üçün seminar keçirib.

Demokrat.az xəbər verir ki, noyabrın 2-3-də baş tutan seminar identifikasiya prosesinin humanitar aspektləri, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı BQXK-nin mandatı və rolu mövzusuna həsr olunub.

Jurnalistlər həmçinin məhkəmə-tibbi ekspertiza metodologiyaları və itkin düşmüş şəxslərin ailələrinin ehtiyacları haqqında məlumatlandırılıblar.

Seminar zamanı nəzəri məlumatlarla yanaşı, bu istiqamətdə praktiki simulyasiya da keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top