“Araz” Zəfər Günü münasibətilə həssas qrupdan olan uşaqları sevindirdi — FOTOLAR

SOSİAL 03 noy 2023, 13:45
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan (VŞQ) “Araz” supermarketlər şəbəkəsi özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələrə dəstək göstərməkdə davam edir. Bu dəfə supermarkelər şəbəkəsi xüsusi həssas qrupdan olan uşaqları sevindirib. 

Demokrat.az
bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Zəfər Günü münasibətilə şəhid və müharibə veteranlarının övladları, həmçinin həssas qrupdan olan uşaqlar üçün əyləncəli tədbir keçirilib.

Tədbir çərçivəsində onlar üçün kinoteatrda animasiya filmi nümayiş etdirilib. Maraqlı vaxt keçirən uşaqlara sonda “Araz” supermarketlər şəbəkəsi tərəfindən hədiyyələr təqdim edilib. 

Tədbirin məqsədi xüsusi həssas qrupdan olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.  







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top