“80 manatı artırmağa pul tapmırıq, amma mənimsəmələri görürük”

SOSİAL 02 noy 2023, 13:43
“Büdcə qalığının kəskin artması müəyyən suallar doğurur”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib. 

“Görünən odur ki, büdcədən maliyyələşən bəzi dövlət qurumları büdcəni xərcləyə bilmirlər və əvvəldən daha çox vəsaitin lazım olduğunu bəyan edirlər. Qalığın azaldılması üzərində ciddi iş aparılmalıdır ki, olmasın. Son zamanlar dövlət büdcəsindən külli miqdarda mənimsəmələr olur və gedən məhkəmələr onu göstərir. 

Hesablama Palatasının ya səlahiyyətində müəyyən artımlar etmək, ya da daha ciddi tələblər irəli sürmək lazımdır. Məhkəmələrdə görürük ki, 100 milyonlarla vəsait dövlət büdcəsindən mənimsənilib. Bunun qarşısını ya vaxtında almaq, ya da əlavə tədbirlər görmək lazımdır ki, bu hallar təkrar olunmasın. Müharibə veteranına 80 manat veririk, onu artırmağa pul tapmırıq, amma dövlət büdcəsindən külli miqdarda mənimsəmələrin şahidi oluruq”, - deyə millət vəkili vurğulayıb.

V.Əhmədov bölgələrdə iş yerlərinin açılmasının vacibliyindən danışıb: “Son vaxtlar iri şəhərlərdə iş yerləri açılır. Amma bölgələrdə vəziyyət acınacaqlıdır. Bölgələrdə iş yerləri yox səviyyəsindədir. 14 iqtisadi rayon var. Hər rayonda iş yerlərinin açılması ilə bağlı təkliflər olsun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top