Bakıda çay evində qadınlar arasında DAVA

HADİSƏ 01 noy 2023, 14:50
Bakının Nizami rayonunda 1998-ci il təvəllüdlü Nərmin işlədiyi “Red House” çay evində iş yoldaşı Ləmanla (adlar şərti verilib – red.) dava edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Nərmin ofisiant işlədiyi “Red House” çay evində Ləmanın ona həmin çay evində ofisiant kimi xidmət göstərdiyi müştərilərdən sifariş qəbul etməsinə irad bildirib.
 
Bunu bəhanə edən Nərmin heç bir əsaslı səbəb olmadan Ləmanın ünvanına nalayiq ifadələr işlədib, bir neçə dəfə yumruqla sifət nahiyyəsinə vurub. 

Hadisəni törədən Nərminin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ititham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, təxminən 1 il olar “Red House” çay evində ofisiant işləyir:

“Əvvəllər zərərçəkmiş Ləmanı tanımamışam. Hadisədən bir az əvvəl Ləman həmin çay evində ofisiant kimi işə başlayıb. Mən Ləmanı yalnız hadisə vaxtı tanımışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 22 radələrində “Red House” çay evində işdə olub: 

“Bu zaman müştəri sayı da çox olub. Mən təxminən 4-5 stola qulluq etdim, digər masalara isə Ləman xidmət göstərib. Lakin çay evində müştərilərin sayının çox olması səbəbi ilə səhvən Ləmanın xidmət göstərdiyi masaya yaxınlaşdım, həmin masada əyləşmiş müştərilərin çay sifarişlərini verdikdən sonra çay evinin daxilinə giriş etdim. Ləman çay evinin giriş qapısından içəridə mənə yaxınlaşaraq çöl tərəfdə masada əyləşmiş şəxslərə çay verdiyimə görə əsəbi halda iradını bildirdi. Mən isə fikirli olub səhvən həmin masaya xidmət göstərdiyimi bildirdim. Lakin Ləman aqresiv danışaraq məni təhqir etdi. Mən isə bu təhqirlərə görə onu itələdim və yumruğum ilə bir neşə dəfə onun sifət nahiyəsindən vurdum”.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Nərmin aylıq qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top