“Musiqidə mədəniyyət problemi görürəm” — Flora Kərimova

MƏDƏNİYYƏT 29 okt 2023, 20:59
"Problemlər çoxdur və onların qayğısını çəkmək, enerji işlətmək lazımdır. Hərdən ümidlə gəlirsən, amma gedişatda görürsən ki, bir-bir puç olur. Amma indi tumurcuq var. Musiqidə mədəniyyət problemi görürəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib. Müğənni musiqidən söz açıb:

“Ən birinci musiqiçinin, ifaçının intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni, musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top