
İsrailin Qəzzaya hücumları nəticəsində didərgin düşən mülki əhalinin sayı 600 minə yaxınlaşıb.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Dəstək İdarəsi (UNRWA) məlumat yayıb.
Bildirilib ki, hazırda Qəzza bölgəsində təhlükəsiz bir yer yoxdur:
"Bölgə ərazisindən didərgin düşmüş 600 minə yaxın insan UNRWA-nın 150 sığınacaq obyektində məskunlaşıb. Buna görə də sığınacaqlar öz imkanlarından 4 dəfə artıq doludur. Hazırda mövcud obyektlər tamamilə dolduğu üçün çoxlu sayda insan küçələrdə yaşamağa çalışır".
Aysu
Demokrat.az