Sosial

Noyabrda 10 gün iş olmayacaq

Noyabrda 10 gün iş olmayacaq

Noyabr ayında 2 gün bayrama görə iş günü olmayacaq.

Demokrat.az xəbər verir ki, bu ölkədəki əlamətdar günlərlə bağlıdır.

8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən həmin günlər iş günü hesab edilmir.

Bundan başqa, noyabrda 4 bazar və 4 şənbə günləri var. Onları nəzərə aldıqda, ay ərzində ümumən 10 gün iş olmayacaq.

D
demokrat.az