“Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb. Bu gün həmin yardımları alan şəxslərin sayı 300 minə yaxınlaşıb”.
Demokrat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkədə yaşayış minimumu 246 manatdır. Onun ikiqatı məbləğində isə əhaliyə ünvanlı sosial yardım ödənilir və əhatə dairəsi kifayət qədər genişdir:
“Hətta əhalinin 100 faizinə də ünvanlı sosial yardım vermək olar. Bəs sonra bu nə ilə nəticələnəcək, əhalini hara aparacaq?! Dünyada aparılan analizlərin nəticəsi onu göstərir ki, passiv sosial ödənişin artması aktiv məşğulluğu azaldır”.
Nazir əlavə edib ki, bu, bir neçə il sonra ölkədə işləyənlərin sayının kəskin azalmasına gətirib, çıxara bilər.
Məsələ ilə bağlı Demokrat.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ölkədə pul siyasəti fərqli olmalıdır:

“Əhalidə pul çox olanda fəallıq da çoxalır, müxtəlif işlər görülür. Lakin bu, əks effekt də verə bilər. Məsələn, Səudiyyə Ərəbistanında hər ay neftdən gələn gəlirdən əhaliyə ödənişlər edilir. Orada pul çoxdur, tənbəllər də çoxalıb”.
Ekspertin fikrincə, pul siyasəti elə ciddi mexanizmlə həyata keçirilməlidir ki, bu, insanları fəallaşdıra bilsin:
“Pulu istifadə etmək üçün şərait yaradılmasa, passivlik artar, səudiyyəlilərin gününə düşərik. İqtisadiyyat elə qurulmalıdır ki, insanların fəaliyyəti üçün bir çox sahələr olsun. Pul kütləsi az olanda bacarıqlı insanların ideyalarını reallaşdırması üçün imkanları olmur.
Əvvəla ünvanlı sosial yardım niyə hamıya verilməlidir?! Bir şeyin ki, adı “ünvanlı”dır. O deməkdir ki, daha çox ehtiyacı olanlara verilir. Bu, onları xilas edir, iş görmələrinə kömək olur”.
Törə Zeynallı
Demokrat.az