Bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib, nəticədə 17 sənəd qəbul edilib.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, o cümlədən, sammitdə Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş imzalanıb.
Bundan əlavə, dörd bəyanat imzalanıb - çoxqütblü dünyada beynəlxalq münasibətlər, dövlət idarəçiliyində rəqəmsallaşma sahəsində əməkdaşlıq, insan və vətəndaş dini etiqad azadlığı hüququnun müdafiəsi və Rusiya dövlətinin dili millətlərarası ünsiyyət dili kimi dəstəyi və təşviqi.
Siyahıya, həmçinin 2024-cü ildə MDB-yə sədrlik (bu vəzifə Qırğızıstandan Rusiyaya keçəcək), növbəti iclasın keçirilməsi (2024-cü il oktyabrın 8-də Moskvada nəzərdə tutulub), habelə Səmərqənd şəhərinin Birliyin mədəni paytaxtı elan edilməsi barədə qərarlar da var.
Siyahının ayrı-ayrı bəndlərinə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin fəxri döş nişanı ilə təltif edilməsi və “Sülhün möhkəmləndirilməsinə töhfəyə görə” medalının təsis edilməsi haqqında qərarlar daxildir.