Fransa Nigerdə ​​xidmət edən əsgərlərini geri çəkməyə başladı

DÜNYA 10 okt 2023, 19:10
Fransa keçmiş müstəmləkəsi Nigerdə ​​xidmət edən əsgərlərini geri çəkməyə başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fransa Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qoşunların ilk hissəsi ölkəni tərk edib.

Həmçinin, AFP, fransız əsgərlərinin Niger əsgərlərinin müşayiəti ilə konvoyda hava limanına getdiyini bildirib.

Qeyd edək ki, Əlcəzairin Nigerdəki böhrandan çıxış yolu tapmaq üçün vasitəçilik səylərini “təxirə salmaq” qərarından dərhal sonra Fransanın qoşunlarını geri çəkməyə başlaması diqqət çəkib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top