AFP: Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötdü — YENİLƏNİB

DÜNYA 08 okt 2023, 10:22
Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.

Xatırladaq ki, daha öncə “Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı.

09:26

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

Demokrat.az
xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsinə istinadən bildirib.//Report

08:50

Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top