Bəzi həmkarlarım Rəqabət Məcəlləsinə görə narahatdır — Vahid Əhmədov

DAXİLİ SİYASƏT 02 oktyabr 2023, 15:43
Bəzi həmkarlarım Rəqabət Məcəlləsinə görə narahatdır. Onlar narahat olmasınlar, biz 15 ildir gözləyirik ki, bu Məcəllə parlamentə daxil olsun. Biz qanun layihəsinin qəbul olunmasında maraqlıyıq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Vahid Əhmədov bildirib. 

O qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək.

“Yeni Məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Yeni layihəyə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq olunacaq. Bundan əlavə, 50 faizdən az, lakin 35 faizdən çox bazar payına sahib təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda orada hökmran mövqe tutmuş hesab ediləcək. Həmçinin aşağı və yüksək inhisar qiymətlərinə dair meyarlar müəyyənləşəcək. Digər tərəfdən də Rəqabət məcəlləsinin pozulmasına görə cəzalar da müəyyənləşib. Qanun layihəsinin qəbul olunması azad rəqabətin yaranmasına şərait yaradacaq”,- deyə deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top