Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı PKK hədəflərini vurdu

DÜNYA 02 oktyabr 2023, 20:41
Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı PKK hədəflərinə hava zərbələri endirib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ankarada Daxili İşlər Nazirliyi qarşısında PKK-nın hücumundan sonra İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrində ümumilikdə 20 hədəf məhv edilib:

"Türkiyə Silahlı Qüvvələri hər zaman olduğu kimi terrora qarşı mübarizəni əzmlə davam etdirəcək. Bir nəfər  də olsun terrorçu qalmayana qədər ölkəmizin və millətimizin sağ qalması və təhlükəsizliyi üçün görülən işlərə davam edəcəyik. Bu çərçivədə yerli və milli sursatlardan istifadə edərək daha 20 düşmən hədəfinin məhv edildiyini elan edirik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top