Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”

REGİON 01 okt 2023, 11:42
“İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

K.Əliyev iranlı həmkarından bu ölkədə məhkum olunan Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxmağı xahiş etdiyini bildirib: “O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq. Humanizm prinsiplərindən çıxış edərək prokurorluq öz mövqeyini ortaya qoyacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top