"Tanrı onu mübariz yaratmışdı, özünü, öz həyatını unutmuşdu" — İlham İsmayılov

GÜNDƏM 28 sentyabr 2023, 22:19
Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, Türk Dünyasının əziz övladı Qənirə xanım Paşayevanın vaxtsız vəfatı bizi dərindən üzdü.

Uzun illərə dayanan dostluğumuz, Türk Birliyi uğrunda birgə apardığımız mübarizə tez-tez yollarımızı kəsişdirdi. Türk dünyasından gələn qonaqlarımızın qarşısına çox vaxt bərabər çıxdıq. Azərbaycanın haqq səsini duyurmağa, ölkəmizi təmsil etməyə bəzən birgə yola çıxdıq.

Getdiyimiz bütün yollarda heç vaxt Qənirə xanımı yorulan, usanan görmədim. Ona ağız açan, dərdini açan heç bir kəsi ümidsiz qoymadı, hamının dərdinə şərik oldu, problem həll olunanadək işin sonuna qədər getdi.

Tanrı onu mübariz yaratmışdı, özünü, öz həyatını unutmuşdu, bütün ömrünü sanki fəda etmişdi. Uzun illərin yorğunluğu, dinclik bilməyən, daima gərgin iş rejimində çalışmağı onun ağır xəstələnməsinə də nədən oldu.

Ömrü yarımçıq qalsa da, Türk Birliyi üçün gördüyü bütün işlər onun həyatının mənası oldu. O üzdən indi bütün Türk Dünyası yas içində əziz övladının ölümünə sarsılıb. Nurlar içində yatsın! Əziz ruhunu Tanrıya Əmanət edirik!

İlham İsmayılov
Azərbaycanlıların və digər türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top