"DEVA Partiyası hər zaman Azərbaycandakı qardaşlarının yanında olacaq".
Bu sözləri Türkiyənin Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın müavini İbrahim Xəlil Çanakcı Demokrat.az-a müsahibəsində deyib.
Siyasətçi ilə müsahibəni təqdim edirik:
- İbrahim bəy, Azərbaycanın 24 saatlıq lokal antiterror tədbirləri ilə bağlı DEVA Partiyasının mövqeyi necədir? Partiyanız haqlı mübarizəmizdə bizə dəstək verir?
- Bu məsələdə partiyamızın mövqeyi qurulduğu gündən bəri çox açıqdır. Həm partiyamız tərəfindən verilən rəsmi açıqlamalarda, həm də partiya sədrimiz Əli Babacanın bəyanatlarında Qarabağın Azərbaycan torpağı olduğunun, Ermənistanın hüquqsuz işğalının dərhal dayandırılmasının vacibliyinin və rəsmi Bakının beynəlxalq hüquqdan qaynaqlanan haqlarını sonuna qədər dəstəklədiyimizin altını cızmışıq. Bütün Türkiyə kimi DEVA Partiyası da hər zaman Azərbaycandakı qardaşlarının yanında olacaq.
- Sizcə, Qarabağ məsələsi ilə bağlı Türkiyə və Azərbaycan başqa hansı ortaq addımları atmalıdır?
- 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qəti qələbəsinin ardından əldə olunan atəşkəs və razılaşdırılan bəyanatlar regionda sülhün, stabilliyin və rifahın olması üçün yeni fürsətlər təqdim edir. Azərbaycanın bütün Qarabağ üzərində Konstitusiya quruluşunu bərpa edəcəyinə və orada yaşayan mülki şəxslərin təhlükəsizliyinə zəmanət verəcəyinə inancımız tamdır.
Bölgə Azərbaycan tərəfindən minalardan tamamilə təmizləndikdən və orada qeyri-qanuni silahlılar çıxarıldıqdan sonra Cənubi Qafqazda daimi sülh mümkün olacaq.
Qarşıdakı dönəmdə isə Zəngəzur dəhlizinə fokuslanmalı və öncəliyi ona verməliyik. Həmçinin, üçtərəfli razılaşmaların maddələrinə uyğun addımlar atılmalı, Azərbaycanın haqlı mübarizəsini daha yaxşı anlatmaq üçün bütün tərəflərlə davamlı və yüksək səviyyədə görüşlər başladılmalıdır. Bu müddətdə həm sülh və sabitliyə, həm də bölgədə işbirliyi və rifaha vurğu vuran diplomatiya dilindən istifadə etmək böyük əhəmiyyət kəsb edir.
- Bəs, Türkiyədə mayda keçirilən seçkilərdə "Millət İttifaqı"nın məğlub olmasının əsas səbəbləri nələr idi?
- Demokratiya müsabiqə deyil. Demokratiya birinin qazandığı, digərinin itirdiyi və ya birinin qalib, digərinin məğlub olduğu bir yarış da deyil. Buna görə "Millət İttifaqı"nın məğlub olduğu ifadəsinə qatılmaq qeyri-mümkündür. Millətimizin hər bir fərdi Türkiyə Cümhuriyyətinin bərabər hüquqlu və qürurlu vətəndaşıdır. Biz tarixin doğru tərəfində yer aldığımıza inanırıq.
Lakin Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərindən və imkanlarından istifadə edərək, yenidən namizəd oldu. O, dövlətin imkanlarından öz kampaniyası üçün istifadə etdi. Dövlətin və millətin sahib olduğu media quruluşlarının demək olar ki, hamısını özünə, tək partiyaya ayırdı. Hətta nazirlər də deputatlığa namizəd olanda vəzifələrindən istefa vermədilər. Onlar da nazir səlahiyyətlərindən və imkanlarından seçki kampaniyasında istifadə etdilər.
Üstəlik, "Cümhur İttifaqı"nın kampaniyasında montaj videolar və yalanlar var idi. Biz isə seçkilərdə məhdud imkanlarla, amma öz haqqımızla mübarizə apardıq.
Təbii ki, "Millət İttifaqı" olaraq xüsusilə ucqar yerlər başda olmaqla, bütün vətəndaşlara çata bilmədik. Onlarla daha çox təmas qurmaq, "Cümhur İttifaqı"nın yalanlarını və montajlarını ortaya qoymaq, seçicilərimizi haqlı olduğumuza razı salmaq, proqramlarımızı və hədəflərimizi anlatmaq cəhətdən daha yaxşı performans göstərə bilərdik.
Ancaq gəlinən nöqtədə vətəndaşlarımızın 52 faizi prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı seçdi. Seçicilərimiz bizə isə demokratiyaya nəzarət etmək vəzifəsini verdilər. Bu vəzifəni də ən yaxşı şəkildə icra etməyə davam edəcəyik.
- Gələn il Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə DEVA Partiyası təkbaşına qatılacaq, yoxsa ittifaqla?
- DEVA Partiyası gələn il keçiriləcək bələdiyyə seçkilərinə Türkiyənin hər yerində öz adı və emblemi ilə girməyi hədəfləyir.
- Son olaraq, çox müzakirə olunan bir məsələnin əslini öyrənmək istəyirik. 2009-cu ildə Əli Babacan Ədalət və İnkişaf Partiyasında (AKP) iqtidarda olduğu zaman Türkiyənin Ermənistanla sərhədlərini açması gündəmə gəlmişdi. O dönəm bu tip addımların atılması Azərbaycanda təpkilərə səbəb olmuşdu. Rəsmi Ankara isə sonunda geri addım atmışdı. Amma daha sonralar Azərbaycanın mənafeyini düşünmədən Ermənistanla sərhədlərin açılaması fikrinin Əli Babacana aid olduğu iddia olundu. Hətta zaman-zaman mediada Babacan erməniyönümlü siyasət yürütməsi səbəbi ilə tənqid olundu. Əslində o dönəm nələr yaşandı? Əli Babacanın bu məsələdəki əsl mövqeyi necədir?
- Əslində Əli Babacanın xarici işlər naziri olduğu dönəmə aid internetdə axtarış aparanda onun bir çox platformada verdiyi açıqlamalarda Azərbaycan torpaqları işğaldan azad olunmadan bölgədə arzuolunan vəziyyətin mümkün olmayacağını və bütün region ölkələri tərəfindən bu həqiqətin bilindiyini vurğuladığı görünür.
Eyni zamanda, o dönəm Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatlarda da Türkiyənin Azərbaycanın mənafeyini qoruyacağına, rəsmi Bakının mövqeyini zəiflədəcək addımların atılmasına icazə verilməyəcəyinə və ikitərəfli dialoq yolu ilə hərəkət ediləcəyinə inancın tam olduğu açıq şəkildə vurğulanıb.
Yəni sözügedən dövrdə hər iki ölkənin ən yüksək qurumları və səlahiyyətli şəxslərinin açıqlamaları reallığın necə olduğunu göstərir. Belə olan halda, bu cür həqiqəti əks etdirməyən və qarayaxmadan ibarət iddialara etibar edilməməsinin vacibliyinə inanırıq.
Elmir Kamal
Demokrat.az