Söyüdlü sakinləri nazirə zavodun işə başlamasını təklif etdilər

AQRAR-SƏNAYE KOMPLEKSİ 28 sentyabr 2023, 14:11
Gədəbəyin Söyüdlü kəndində ekoloji məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sakinlərin müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs təyin olunub. Həmin şəxs Nəzərov Surxay Əli oğludur və vətəndaşlar mövcud problemlərlə bağlı ona müraciət edə bilərlər.

Demokrat.az
xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Söyüdlüdə apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə keçirilən görüşdə deyib.

Bundan sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Micon” Beynəlxalq Monitorinq Şirkətinin tövsiyələrini səsləndirib.

Görüş zamanı, həmçinin sakinlərin müraciəti dinlənilib.

Monitorinqin təşkili ilə bağlı dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edən sakinlər, "Micon" Beynəlxalq Monitorinq Şirkətinin tövsiyələrindən razı qaldıqlarını deyiblər. Bununla yanaşı, kənd sakinləri fəaliyyəti qismən dayandırılan şirkətin yenidən işə başlaması ilə bağlı istəklərini və kəndin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərini səsləndiriblər.

Komissiyanın sədri Muxtar Babayev bütün müraciətləri dinləyib, səsləndirilən təklifləri qeyd edib, bəzilərinin aidiyyəti üzrə yönəldiləcəyinə söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:30
Top