150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq

DÜNYA 26 sen 2023, 20:52
Fransada 150 milyon illik "kamptozavr" dinozavr skeleti hərraca çıxarılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Drouot Hərrac Evindən açıqlama verilib.

Açıqlamaya görə, hərrac oktyabrın 20-də baş tutacaq. 

Qeyd edək ki, “Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı bildirilir.

Skeletin qiymətinin 1,2 milyon avroya qədər çıxa biləcəyi qeyd edilib.

2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top