Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 94-ə yüksəldi

DÜNYA 26 sen 2023, 19:23
Qərbi Afrika ölkəsi Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) məlumat verilib.

Bildirilib ki, son bir ayda ölkənin 23 əyalətində 201 vəba hadisəsi qeydə alınıb.

Yanvar ayından bu yana ölkədə 2860 vəba hadisəsi baş verib, epidemiyadan ölənlərin sayı isə 94-ə yüksəlib.

Qeyd edək ki, Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.

Ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top