Tbilisi meri: "Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb"

XARİCİ SİYASƏT 24 sen 2023, 17:15
Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb və bu ölkə Gürcüstan üçün çox mühüm tərəfdaşdır.

Bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze "Report"un Gürcüstan bürosuna açıqlamasında deyib.

"Mən Gürcüstanın energetika naziri olan dövrdə Azərbaycanla bir çox ortaq layihələrə imza atılıb. "SOCAR" Gürcüstanın bir çox rayon və kəndlərini qazla təmin edib", - mer bildirib.

K.Kaladze qeyd edib ki, iki ölkə arasında geniş dostluq əlaqələri var: "Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsinə çalışırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top