Azərbaycanda 81 nəfəri aldadan qadının məhkəməsi BAŞLAYIR

HADİSƏ 20 sen 2023, 17:09
"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Tənzilə Kərimovanın barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. 

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp” qrupu yaradıb. 

O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. 

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var. 
Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top