Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötdü

DÜNYA 19 sen 2023, 19:23
Bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğu açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətindən (FTS) bildirilib.

Məlumata görə, Rusiya ilə Çin arasında ticarət həcmi yüksək dərəcədə artıb.

"Bu ilin ilk 8 ayında Çinin Rusiyanın avtomobil idxalında yüzdə 92 payı var. Ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb. Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top