İranda yaşayış məntəqəsinə PUA düşdü: Yaralananlar var

DÜNYA 18 sentyabr 2023, 19:20
İranın Gülüstan vilayətində pilotsuz uçuş aparatı ( PUA ) qəzaya uğrayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, qəza vilayətin Gürgan şəhərində baş verib. 

Səhər saatlarında PUA şəhər mərkəzinə düşüb və onun hissələri şəhərin müxtəlif yerlərinə səpələnib. 

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top