Luka Modriç Mahir Emrelinin komanda yoldaşı ola bilər

İDMAN 16 sentyabr 2023, 17:07
İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.

O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"

Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə "Qızıl top"u qazanan 38 yaşlı yarımmüdafiəçinin "Real" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Dinamo"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top