Britaniya "Vaqner"i terror təşkilatı elan etdi

DÜNYA 15 sen 2023, 20:53
Britaniya hökuməti rus muzdlularından ibarət Vaqner qrupunu rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.

Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib. 

Açıqlamada Vaqnerin İngiltərə qanunlarına əsasən "qadağan olunmuş terror qrupları və ya təşkilatlar" siyahısına daxil edildiyi bildirilib.

Belə ki, 2000-ci il Terror Aktı çərçivəsində Vaqner tərəfdarlarına 14 ilə qədər həbs qoyula bilər.

Qərarla "Vaqner" və onun görüşlərinə qatılmaq, onlara dəstək olmaq, ictimai yerlərdə "Vaqner"i təmsil edən gerb, loqo və bayraqları daşımaq da cinayət sayılacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top