Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün Hindistana səfər edib.
Dövlət başçısı "TRK” təyyarəsi ilə saat 16.10-da "AFS Palam" Hərbi Hava Limanına eniş edib.
Prezident hava limanında Yeni Dehli səfiri Fırat Sunel, həyat yoldaşı Yonca Sunel və bəzi Hindistan rəsmiləri tərəfindən qarşılanıb.
Səfərdə Ərdoğan və xanımı Əminə Ərdoğanla yanaşı, Xarici İşlər Naziri Hakan Fidan, Maliyyə Naziri Mehmet Şimşək, MİT rəhbəri İbrahim Kalın, Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç və bəzi rəsmilər də iştirak edir.
Aysu
Demokrat.az