"Metropark" bu tarixədək işləməyəcək

SOSİAL 27 iyl 2019, 23:50

"Metropark" ticarət və əyləncə mərkəzi 3 gün bağlı olacaq.

 

Bu barədə Axar.az-a ticarət mərkəzinin mühafizə xidmətindən məlumat verilib.


Elektrik kabelləri yandığı üçün problemin 3 günə həll ediləcəyi bildirilib. Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli "Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub. Nəticədə binanın 2-ci və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top