İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 5 nəfər saxlanıldı

DÜNYA 06 sen 2023, 13:33
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda şübhəli bilinən 5 nəfər əcnəbi vətəndaş saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsindən bildirilib.

Qeyd edilib ki, İdarənin antiterrorizm şöbə qrupları İŞİd terror təşkilatının fəaliyyətinin qarşısının alınması istiqamətində işlərini davam etdirir.

Son əməliyyatda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 5 əcnəbi vətəndaş saxlanılıb.

Şübhəlilər nəzarətə alınaraq İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top