Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə əsasən Moreno Okampo vaxtıilə işlədiyi baş prokuror vəzifəsində çalışan səxs “yüksək mənəvi keyfiyyətə” malik olmalıdır. Nə baş prokuror nə də onun müavini onların müstəqilliyinə təsir edə biləcək və ya bu cür təəsüratı yarada biləcək fəaliyyətlə məşğul olmamalıdır.
Almaniyanın Der Şpigel və Avropa İstintaq Əməkdaşlığı təşkilatı tərəfindən dərc edilən hesabatda isə bildirilir ki, Okamponun dünyada xüsusilə çirkli pulların yuyulması ilə məşhurlaşan vergi cənnətlərində şirkətləri var və vəzifədən ayırılandan sonra onun və həyat yoldaşı Elvira Bulqinin bank hesabına yüz minlərlə dollar vəsait köçürülüb. Jurnalistlər ondan bu barədə soruşulanda qeyd edib ki, ofşor hesablar qeyri-qanuni deyil, həmin vəsait mənim və həyat yoldaşımın bank hesabına necə köçürülməsi də sizin işiniz deyil.
Bununla da, Okamponun təkcə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə yox həm də yüksək mənəvi dəyərlərə qarşı fəaliyyət göstərib. Təsəvvür edin ki, o həm də Beynəlxalq Şəffaflıq təşkilatının Latın Amerika üzrə rəhbəri olub. Başqa ölkələrə şəffaflıq, hesabatlılıq və anti-korrupsiya dərsi keçən Okamponun özü çirkab içində olub, özü korrupsioner olub, özü mənəviyatsız olub.
Siz də sual yarana bilər ki, nə üçün baş prokuror fəaliyyətində nümunəvi olmalı və yüksək mənəvi standartlara cavab verməlidir. Çünki Beynəlxalq Cinayət Məhkəməsi kütləvi qırğınlar törətmiş yüksək vəzifəli şəxsləri, hərbiçiləri, o cümlədən ölkə başçılarını istintaq edir, araşdırır. Baş prokurorun gələcəkdə hər hansı ölkə başçısını istintaq etmək ehtimalı yaranarsa, o, çətin və həssas vəziyyətə düşməmək üçün xarici ölkələrin yüksək vəzifəli şəxsləri ilə kommunikasiyadan çəkinməlidir.
Okampo isə Xocalı soyqırımını törətmiş və bu barədə dünya mediasında haqqında yüzlərlə məlumatın olduğu Ermənistanın hərbi cinayətkar olan eks-prezidenti Serj Sarkisyan tərəfindən İrəvanda qarşılanır, bizim bilmədiyimiz yalnız hər ikisinin qara keçmişinə uyğun güman edə biləcəyimiz cinayətkar əlaqəyə girir.
Görünür, onun Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın-Xankəndi yolu ilə bağlı hazırladığı saxta yazı da məhz bu cür cinayətkar əlaqənin nəticəsidir. Okamponun Laçın-Xankəndi yolu ilə bağlı qaldırdığı ittihamların isə nə hüquqi nə də mənəvi əsası var.
Okampoya tövsiyə edirəm, getsin öz işi və cinayətkar kruqu ilə məşğul olsun.
Kamal Cəfərov
Milli Məclisin deputatı, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri