Nemət Pənahlı: "Sürət Hüseynov xalqımızın ləyaqətli oğlu idi"

GÜNDƏM 31 iyul 2023, 22:13
Sabiq baş nazir, yaddaşlarda daha çox "qiyamçı polkovnik" kimi qalmış Sürət Hüseynovun vəfat etməsi haqda məlumat təsdiqini tapıb.

Reyting.az xəbər verir ki, S. Hüseynovun vəfatına sosial şəbəkələrin Azərbaycan seqmenti birmənalı münasibət ifadə etmir.

Çoxlu sayda istifadəçi sabiq baş naziri tənqid edir, onu 1993-cü ilin iyun qiyamının səbəbkarı, "Rusiyanın adamı" adlandırır.

Siyasətçilər arasında Sürət Hüseynovun vəfatına ilk reaksiya verənlərdən biri də “azadlıq aşiqi”, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı olub.

N. Pənahlı yazıb:

"Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun! Xalqımızın ləyaqətli, dəyərli bir oğlunu da itirdik. İndicə İstanbuldan məlumat aldım ki, Surət Hüseynov rəhmətə gedib. Ailə üzvlərinə, döğma və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Başın sağ olsun, Vətən!".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 08:27
20 iyun 2025, 22:40
Top