Yevlaxda 12 otaqlı ev YANDI: Tüstüdən zəhərlənən var

HADİSƏ 21 iyun 2025, 08:58
Yevlax şəhərində yanğın olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 12:52
Top