44 günlük Vətən savaşı qazisi, “İki sahil” qəzetinin baş redaktor müavini Anar Miriyev Milli Şuranın sədri Cəmil Həsənlini tənqid edib.
Demokrat.az xəbər verir ki, qazi jurnalist özünün feysbuk səhifəsində Cəmil Həsənlinin Soros Fondundan maliyyələşdiyini etiraf edən çıxışının görüntülərini yayıb.
Daha sonra Anar Miriyev qeyd edib:
“Bu, nə danışır belə. İllərdir deyirik, yazırıq. Axırda "insafa" gəlib özləri etiraf edirlər. Cəmil Həsənli daha gizlətmir, son iki gündə açıq şəkildə etiraf edir ki, Soros Fondunun üzvü olub və ayda 200 dollar maaş alıb onlardan. Hansı "xidmətin", hansı sifarişin yerinə yetrilməsi müqabilində?
Axı Soros Fondunun kimlərə və nə məqsədlə pul verdiyi bəllidir, o da ola aylıq maaş!
Cəmil Həsənli kimi "yaxsı işləyənlərə" aylıq maaş verirdilər. Bu etiraf günah yumadır, yoxsa Sorosdan yenə maaş istəyi?
Soros əmi, nə deyirsiniz edək, "milli şura" nə hava çalsanız oynamağa hazırdır. Yetər ki, pul, maaş verin!
Dogrudur, daha əvvəlki qiymətə dəyməzlər, amma yenə də cəhd edir dəə.
Bəlkə yenə verdilər...
Həə bir də görəsən onun yanındakılara da aylıq veriblər, yoxsa onlara gizli ödəmə olub?”.
Elmar Heydərli
Demokrat.az