Sabunçu rayonunda avtomobillər toqquşub, yaralanan var

HADİSƏ 30 iyl 2023, 09:22
Bakının Sabunçu rayonunda 67 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Osmanov Arif Kərim oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top