Türkiyə 10 ildən sonra ilk dəfə Misirə səfir təyin etdi

REGİON 22 iyl 2023, 10:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib.

Demokrat.az xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb.

Qeyd edək ki, Misir bir müddət əvvəl Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edib.

Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top