Bu gecəki dəhşətli hadisədə ölən və yaralanan 8 nəfərin ADLARI

HADİSƏ 16 iyul 2023, 08:43
Bu gecəki dəhşətli hadisədə ölən və yaralanan 8 nəfərin kimliyi müəyyən edilib.

“Report”un cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.

Yaralılar 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı, 2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top