“Son dövrlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyəti şübhə doğurmağa başlayıb. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi BQXK-nin ərazilərimizdəki qanunsuz fəaliyyətindən narahatdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Ramil İsgəndərli deyib.
O bildirib ki, nəinki bu qaçaqmalçılıq faktı, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin indiyədək etdiyi qanunsuz işlər tək-tək ciddi araşdırılmalıdır:
“Bildiyimə görə, artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cinayət işi açılıb. Baş vermiş hadisə ilə bağlı video faktlar da mövcuddur. Benzin, mobil telefonlar və digər məhsulların sərhəddən keçirilməsi bu təşkilata olan etimaddan sui-istifadə nəticəsində baş verib. Bir hüquqşünas olaraq mənə maraqlıdır ki, Komitənin, ümumiyyətlə, Xankəndidəki ofisinin fəaliyyəti Azərbaycan Respublikası ilə razılaşdırılmadan necə həyata keçirilir?
Müharibə dövründə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bir dənə də olsun ağlabatan açıqlama verməmişdi. Əksinə, ermənilərin tərəfini saxlamışdı”.
Qırmızı Xaçın dəfələrlə edilən xəbərdarlıqları nəzərə almayıb öz əməllərinə davam etdiyini vurğulayan R.İsgəndərli onu da əlavə edib ki, Komitəyə bununla bağlı sorğu göndəriləcək:
“Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi qeyri-hökumət təşkilatı olaraq Qrmızı Xaç Komitəsinə göndərilməsi üçün sorğu hazırlayır. Qanunsuz işlərlə məşğul olan əməkdaşları barədə Komitə hansı tədbirlər görəcək?
Bu sualı onlara ünvanlayacayıq. Ümid edirik ki, obyektiv cavab ala biləcəyik”.
Törə Zeynallı
Demokrat.az