“Elza xanım yetəri qədər istedadlı, bəstəkar kimi özünü təsdiq etmiş, eyni zamanda gözəl səsə sahib xanımdır. Onun elə şeirləri var ki, bədii poetik ifadə tərzi ilə seçilir. Ümumiyyətlə, hər bir şeirin öz sətiraltı mənası var. Hər oxucu bir şeirə müxtəlif aspektdən yanaşır. Elza xanım üzərinə o qədər gedilməsinin əleyhinəyəm. Yəqin ki, Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq AYB-yə üzv seçilib. Düşünürəm ki, bizim üzvümüz olmaq Elza xanımın məsuliyyətini daha da artıracaq. Müəyyən məsələləri həll etmək üçün zamana ehtiyac var. Güman edirəm, Elza Seyidcahan onun üzərinə gedən insanlara bir daha özünü sübut edəcək. Onun istedadına inanıram. Elza xanımın AYB-yə üzv olmasında ciddi qəbahət yoxdur. Necə ki digər sahədə özünü doğruldub, bu sahədə də öz üzərində çalışacaq. Nəyi bəyənmirlər ki? Görürsünüz, Elza xanımın yazdığı şeirlər gündəmə gəlir, ondan danışılır. Düşünürəm, bu da Elza xanımın texnikasıdır. Daha ciddi mövzuya toxunsaydı, ciddi mövzuda şeir yazsaydı, müzakirə predmeti kimi gündəmə gəlməyəcəkdi. Elza xanımın insana toxunan mahnıları var, zövq alıram. Məsələn, “Mən aktyoram” mahnısı. Ciddi şeir tələb etsəniz, onu da yazar. Elza xanım Azərbaycanın dilbər guşəsinin yetirməsidir. Düşünürəm, gələcəkdə gözəl şeirlər yazıb oxucularını sevindirəcək”.
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış meyxanaçı, AYB-nin Şərqi Zəngəzur Bölməsinin sədri Namiq Məna deyib.
“Xatırlayırsınızsa, böyük ustadımız Alim Qasımov muğama yenilik gətirəndə onun da üzərinə gedirdilər. Mən sədr seçiləndə də eşitdim ki, bəzi adamlar fikir bildirirlər. Dedim ki, o insanları çağırıb üzbəüz söhbət edim. Mənim iki ali təhsilim, dünya görüşüm var, yoldan ötən deyiləm ki, ziyalı ailədə böyümüşəm. Ailə üzvlərimin hamısı ali təhsillidir. Dedim ki, gəlsinlər görək məndə nəyi bəyənmirlər? Niyə düşünürlər ki, meyxana janrının daşıyıcısının sədr olması qəbahətdir? Yaxşı şair olmaq başqa məsələdir, bölmə sədri olmaq başqa. Şairləri cəlb etmək, onların xidmətində dayanmaq, istedadlı insanları tapmaq, ərsəyə gətirmək, irəli çəkmək fərqli şeylərdir. Danışan adamlar onsuz da danışacaqlar. Bir insanın üzərinə getmək, mənim xarakterimə görə, yanlışdır”, - o deyib.
N.Məna meyxananın ədəbiyyata aid olmadığını deyənlərə, eyni zamanda meyxanaçıların AYB-yə üzv seçilməsinə qarşı çıxanlara isə belə cavab verib:
“Səhv etmirəmsə, 1946-cı ildə ilk dəfə Əliağa Vahid Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Ondan sonra mən üzv olmuşam. Hazırda da Şərqi Zəngəzur Bölməsinin sədriyəm. Məndən sonra bir sıra gənc istedadlı meyxanaçılar da üzv oldular. Özüm də onlara istiqamət vermişəm. Onlar kitab müəllifləridirlər, şeirləri, qəzəlləri var. Həqiqətən də AYB-yə üzv olmağa layiq gənclərdir. Bu yaxınlarda meyxana sənətinin davamçılarından Pünhan Alatava da AYB-yə üzv oldu. Gözəl qələmi var. Pərviz Arif də üzvdür. Bu, çox arzuolunandır. Meyxana janrının kökü IV əsrə siarət edir. Şifahi xalq ədəbiyyatının bir qoludur. Biz bədhiyyəçi şairlər sayılırıq. Şair şeir yazır, bizim janrın daşıyıcısı isə şeiri bədahətən söyləyir. Şeir duyğuların, hisslərin təzahürüdür. Kimsə zəif şeir də yaza bilər, güclü də. Hər şairi durub Füzuli ilə, Seyid Əzimlə, yaxud Ramiz Rövşənlə müqayisə etmək düzgün deyil. Hərənin öz dünya görüşü, söz ehtiyatı, təcrübəsi hara qədərdirsə, o dərəcədə yazır. Onun üzərinə getmək doğru olmaz. Bəyəm hər jurnalist bir müzakirə predmetinə eyni yanaşır? Hər sahədə bu var. AYB-yə üzv olmaq o demək deyil ki, həmin adamın güclü qələmi olmalıdır. Kimisə aşağılamaq fikrim yoxdur, amma tam məsuliyyətimlə deyirəm, bizim janrın içində olan, bədahətən şeir söyləyən elə gənclər var ki, onların şeirləri mahiyyət etibarilə qat-qat üstündür. Bunu mən deyirəm, sübut etməyə də hazıram. On beş-iyirmi kitabı olan elə şairlər var ki, kitabına baxırsan, içində sənə toxunan, ruhunu oxşayan bir-iki şeir tapırsan, ya tapmırsan. Kimin ürəyi istəyirsə, şair, yazıçı, professor, yaxud digər sahənin adamları, hər biri ilə debata hazıram. Yetəri qədər arqumentləri də qarşılarına qoymağa hazıram. Bizim janr çox çətindir, dünyada analoqu olmayan janrdır. Bədahətən şeir söyləmək hər insana müəssər olmur. İstedad Allahın lütfüdür, bu da hər insana verilmir. Kiminsə nəsə təklifləri varsa, təkliflərlə çıxış etsin. Təkcə janrın üzərinə getmək düzgün deyil”.