Azərbaycan səfirliyində terror aksiyası həyata keçirən, bir nəfərin ölümünə, digərinin isə ağır yaralanmasına səbəb olan şəxs ən ağır cinayət törətdiyi üçün çox güman ki, ən ağır cəzaya məhkum olunacaq.
Amma bir ölkənin xarici işlər nazirinin məhkəmənin hökmü olmadan veriləcək cəza haqqında danışması əslində bu ölkədə hüquqla bağlı gerçək durumun nə qədər acınacaqlı vəziyyətdə olduğunu nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan səfirliyində terror aksiyası həyata keçirən şəxs xüsusilə ağır cinayət törədib və cəza da onun törətdiyi əmələ adekvat olmalıdır. Amma burada təkcə veriləcək cəza deyil, terror aksiyasının gerçək motivinin ortaya çıxarılması da önəmlidir. Əgər İranın istintaq və məhkəmə orqanları törədilən terror aksiyasının motivini məişət zəminində baş verən hansısa qondarma ittiham üzərində quracaqlarsa, şübhəsiz ki, bu bizi qane etməyəcək. Çünki baş verən terror aktı ilə bağlı hətta xüsusi hüquqi bilgilərə, analitik təfəkkürə malik, kriminalistikaya bələd olmayan insanların belə verə biləcəyi suallar var və bu sualların cavabı hələ ki açıq qalıb. Səfirliyin yanındakı mühafizə köşkündəki polisin terrorçu ilə ünsiyyətdə olması və baş verənlərə seyrçi qalması, terrorçunun uzun müddət səfirliyin qapısını açmağa cəhd göstərməsi və bu müddət ərzində təhlükəsizlik qüvvələrinin, polisin hərəkətə keçməməsi cinayətin təşkil olunduğuna çoxsaylı şübhə yaradır. Bu halda terror aksiyasının sifarişçiləri və təşkilatçıları, mühafizə polisi də daxil olmaqla, bütün iştirakçıları ədalət məhkəməsi qarşısına çıxarılmalı və layiqli cəzalarını almalıdırlar.
Bu baxımdan, şəxsən mənim üçün məhkəmənin verəcəyi cəzadan daha çox ittiham aktı və məhkəmənin hökmü daha çox əhəmiyyət kəsb edir. Əgər məhkəmə, sadəcə, terror aktını həyata keçirən şəxsi “məişət zəminində törədilən” cinayətdə ittiham edərək, onu edam cəzasına məhkum edəcəksə, bu, terror aksiyasının əsl motivlərinin və iştirakçılarının gizlədilməsinə xidmət edən qərar olacaq və düşünürəm ki, belə bir yanaşma cəmiyyətimiz tərəfindən qəbul edilməyəcək.
Elçin Mirzəbəyli