Nazir: “Azərbaycan-ABŞ əlaqələri daha da inkişaf edəcək”

SOSİAL 23 iyun 2023, 21:26
“2022-ci ildə Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cı ildönümünü qeyd etdik. Azərbaycanla ABŞ bir çox sahədə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq edir”.

Bunu ABŞ-nin Müstəqilliyinin 247-ci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarında iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə toxunub.

“Cənab Bayden ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyinə töhfə verəcəyini bildirib. Əminik ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq, dostluq və  tərəfdaşlıq münasibətləri daha da inkişaf edəcək”, - deyə nazir bildirib. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top