Sumqayıtda ağır avtobus qəzası — Xəsarət alanlar var

HADİSƏ 20 may 2025, 08:22
Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Cavid Abbasəli oğlu Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirismayıl oğlu Mirişovun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şəbnəm Akif qızı Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Mürvət qızı Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Gülasət qızı Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Sərxan qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2025, 15:42
Top