“Vopşe”, “tak çto”, “znaçit” sözləri lüğətə daxil edilir? — Akademikin təklifinə REAKSİYA

SOSİAL 20 may 2025, 09:00
Məlum olduğu kimi, son illərdə yeni sözlər və ifadələr dilimizdə daha çox yer almağa başlayıb. Bəzi hallarda bu ifadələr xarici dillərdən, xüsusən də rus dilindən gəlir. Məsələn, "vopşe", "tak çto", "znaçit" kimi sözlər artıq gündəlik danışıqda tez-tez eşitdiyimiz və istifadə etdiyimiz ifadələrə çevrilib.

Akademik Nizami Cəfərov bu mövzuda maraqlı bir fikir irəli sürüb: o, bu sözlərin də Azərbaycan dilinə daxil edilməsinin vacib olduğunu vurğulayıb. Onun fikri birmənalı qarşılanmayıb və bu məsələ bir çox müzakirələrə səbəb olub. Xüsusilə də dilimizin təbii inkişafı və xarici təsirlərə qarşı necə yanaşması barədə mühüm suallar doğurur.

Belə sözlərin dilimizə daxil olması, dilin təbii inkişafı üçün faydalıdırmı? Xarici mənşəli ifadələrin qəbulu dilin orijinallığına zərər verə, yoxsa dilin zənginliyini artıra bilər?

Mövzu ilə bağlı dilçi-alim Elşad Abışovun münasibətini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, akademikin fikirlərində qeyri-adi yanaşma yoxdur.

"Nizami müəllimin bu təklifi normaldır. Çünki sadalanan sözlər xalq arasında, danışıq dilində geniş şəkildə istifadə edilir. Ümumişlək sözlərdir. Dilimizdə varvarizm olaraq işlədilir. Nizami Cəfərov təklif edir ki, bu sözlər mütəmadi şəkildə istifadə edildiyi üçün insanlar artıq onların mənasını axtardığı zaman lüğətdə tapa bilsinlər.  Biz istəsək də, istəməsək də danışığımızda bu ifadələr  var. Düşünürəm ki, belə olan halda həmin sözlərin lüğətdə olmasında da bir problem yoxdur”, - deyə o, vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2025, 15:42
Top