Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mediatorların mövcud sayı və mediatorların hazırlıq kurslarının keçirilməməsinin səbəbləri ilə bağlı məsələyə münasibət bildirib.
Nadir Adilovun Demokrat.az-a açıqlamasında deyib ki, hazırda ölkədə fəaliyyət göstərən mediatorların sayı 299 nəfərdir, onlardan 280 nəfəri isə aktiv fəaliyyət göstərir:
"Bu mediatorlar dövlət qeydiyyatına alınmış və mediasiya reyestrində mövcud olan 31 mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında əməkdaşlıq edir. Hazırda mediasiya reyestrinə daxil olmayan və müraciət etməyi planlaşdıran Bakı şəhəri üzrə iki mediasiya təşkilatımız da vardır ki, onlar müəyyən sənədləşmə və inzibati məsələləri bitirdikdən sonra mediasiya reyestrinin aparılması qaydası ilə bağlı Nazirlər Kabinetinin 386 nömrəli qərarına uyğun olaraq mediasiya reyestrinə daxil ediləcəklər.
Ümumiyyətlə, mediasiya fəaliyyəti bütün dünyada bir sosial dəyər kimi meydana gəlib. Dövlət siyasətimiz mediator peşəsi ilə məşğul olmaq üçün bu sahəni kifayət qədər dəstəkləyib və dəstəkləyir. Hətta bizim ölkəmiz o ölkələrdəndir ki, mediasiya proseslərinə dövlət təşviqi də mövcuddur. Bu isə vətəndaş üçün əlavə imkanlardır.
Bildiyiniz kimi, istər mediasiya üzrə ilkin, baza hazırlıq kursları, istərsə də ixtisaslaşmış əmək və ailə kursları "Mediasiya haqqında" Qanunun tələblərinə görə iki ildə bir dəfə məcburi təşkil edilən ixtisasartırma kursları Mediasiya Şurasının təlim qurumu olan Ədliyyə Akademiyası tərəfindən həyata keçirilir. Hazırda fəaliyyət göstərən bu mediatorlar Ədliyyə Akademiyasının kurslarını bitirərək mediator adını qazanıblar".
Nadir Adilovun sözlərinə görə, hazırda Ədliyyə Akademiyası ilə birlikdə ixtisasartırma kursları təşkil edilir:
"Baza kursları sahəsində də müəyyən işlər gedir və düşünürük ki, bu məsələlər yaxın zamanlarda sürətlənəcək. Açıq qeyd etmək lazımdır ki, bu gün mediator azlığından ən çox əziyyət çəkən qurumlardan biri də Mediasiya Şurasının özüdür. Yəni bu gün bizim 1200 mediatora ehtiyacımız olduğu halda ölkə boyu 299 mediatorla işləməyimiz hansı çətin bir yükü çəkdiyimizin real və bariz nümunəsidir. Bu isə o deməkdir ki, bizim 299 fədakar mediatorumuz və o cümlədən, mediasiya təşkilatlarımız əlavə 901 mediatorun üzərinə düşən yükü də çəkir.
Mən hələ ölkəmizdə adam başına düşən mediator sayıı barədə danışmaq istəmirəm. Bizimlə eyni ekosistemdə olan vəkillər, hakimlər və digər peşə sahibləri ilə müqayisədə də sayımız kəskin azdır və bu sayı ən qısa müddətdə artırmaq laızmdır. Burda isə müəyən texniki probelemlər əlbəttə ki, var və əminəm ki bu məsələlər ən qısa zamanda həll ediləcək.
Bu isə o deməkdir ki, bizim işin detallarını bilən peşəkarlar bilir ki, biz ən çətin problemlərlə işləyirik, mürəkkəb münaqişələr, münaqişədə olan tərəflər tərəflərlə, istər ayrı-ayrılıqda görüşlər, istərsə də birgə görüşlərin təşkili mediatorlar üçün çox çətin bir prosesdir.
Siz təsəvvür edin, bir barışıq sazişinin imzalanmasına mediator nə qədər əmək sərf edir, əziyyət çəkir. Siz təsəvvür edin ki, mediator öz münaqişəsini həll edə bilməyən tərəflərlə işləyir. Mən məsələlərin obyektiv və subyektiv tərəflərinin detallarına toxunmaq istəmədən qeyd etmək istəyirəm ki, bizim mövqeyimiz ondan ibarətdir ki, daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədi ilə təxirəsalınmaz formada ölkə boyu savadlı, ictimai nüfuzu olan, kriteriyalarımıza cavab verən şəxslərdən ibarət mediatorların sayı ciddi artırılmalıdır. Yəni bir daha qeyd edirəm ki, bu gün kursların intensiv şəkildə və davamlı olaraq təşkil edilməsində bir nömrəli maraqlı tərəf Mediasiya Şurasıdır, çünki mediator çatışmazlığının ən çətin yükünü biz çəkirik.
Əlbəttə Sizinlə razıyam ki, kurslar intensivləşsə mediator azlığı problemi də həll ola bilər və bizim də işimiz nəinki yüngülləşər, həmçinin bu mövzu bir sual kimi hər dəfə meydana gəlməz. Ona görə də əminəm ki, tərəfdaşların da dəstəyi ilə əgər bu sahədə problem varsa, bu problem həll edilməlidir. Bir daha qeyd edirəm, Mediasiya Şurası kursların intensiv xarakter almasını və zərurət olan 901 nəfər mediatorun da bu kursları ən qısa müddətdə keçməsini ən çox arzu edən qurumdur. Çünki biz üzərimizə düşən məsuliyyəti hiss edir və bu məsuliyyəti şərəflə icra etmək istəyirik".
Elmar Heydərli
Demokrat.az