Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib

GÜNDƏM 09 iyn 2023, 23:59
Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib.

Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi “Facebook” hesabında məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top