Politoloq: “Stansiyanın partladılması həm Rusiyaya, həm də Ukraynaya lazım idi"

GÜNDƏM 09 iyn 2023, 19:05
"Ukraynada su elektrik stansiyasının partladılması həm Rusiyaya, həm də Ukraynaya lazım idi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. 

Deputat bildirib ki, Ukrayna Rusiyanı ekoloji terrorda ittiham etmək istəyir:

"Əslində, bu yaxınlarda Ukrayna silahlı qüvvələri hücuma keçməli idi, ancaq həmin ərazilərdə Rusiya tam hazırlıqlı deyildi. Yəni, bu hadisə əslində Rusiya üçün daha sərfəlidir. Çünki su basmış ərazilərdən tankların keçməsi bir müddət mümkün olmayacaq. Ağır texnikanın ora gəlməsi isə mümkün deyil. Rusiyaya bir taymaut lazım idi və onu da əldə etdi".

Politoloq bildirib ki, komissiya yaradıldıqdan sonra hadisənin daha dəqiq səbəbləri bilinəcək:

"Rusiya konkret olaraq göstərir ki, stansiya Ukraynadan atılan raketlə vurulub. Ukrayna isə Rusiyanı ittiham edir. Ona görə də burada qəti fikir söyləmək mümkün deyil. Gərək bu məsələlər araşdırılsın, sonda qərar verilsin. Bəndin partladılması siyasi cəhətdən Ukraynaya, hərbi cəhətdən isə Rusiyaya sərf edir".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top