Türkiyə Prezidenti: “Konstitusiyaya dəyişiklik təklifini yenidən parlamentə təqdim edəcəyik”

REGİON 06 iyn 2023, 23:47
“Biz konstitusiyaya dəyişikliklə bağlı təklifimizi yenidən parlamentə təqdim edəcəyik”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərindən sonra formalaşan Nazirlər Kabinetinin ilk iclasından sonra televiziya ilə xalqa müraciətində bildirib.

Türkiyə lideri bundan əvvəl bəyan edib ki, onun administrasiyasının əsas vəzifələrindən biri yeni konstitusiyanın hazırlanması və qəbulu olaraq qalır:

"Xalqımıza nə söz verdiksə, vəzifəyə gələndə də yerinə yetirməyə çalışdıq. Biz 17 dəfə xalqın səsini qazanmışıq. Bu, bizim üçün ən böyük qazancdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. Sabitlik və inamla Türk əsrini quracağıq. Terror təşkilatlarına, narkotacirlərə, cinayətkar qruplara qarşı amansız mübarizəni qətiyyətlə aparacağıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top