Prezidentin köməkçisi İsrail Knessetinin komitə sədri ilə görüşüb — FOTO

GÜNDƏM 06 iyn 2023, 19:43
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Knessetinin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knesset üzvü Ram Ben Baralla görüşüb.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” səhifəsində bildirib.

Corc Dik görüşün səmimi və məhsuldar keçdiyini, ikitərəfli və regional məsələlərin müzakirə edildiyini vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top