İran ilk hipersəs ballistik raketini təqdim etdi

HƏRBİ 06 iyn 2023, 16:25
İran “Fettah” adlı ilk hipersəs ballistik raketini təqdim edib.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, raket paytaxt Tehranda rəsmi mərasimlə təqdim edilib.

Mərasimdə Prezident İbrahim Rəisi və İnqilab Keşikçiləri Korpusunun komandirləri də iştirak edib.

Rəisi mərasimdəki çıxışında bildirib: “Bu gün biz təhdidlərə qarşı digər ölkələri çəkindirəcək gücə nail olduq. Biz indi müdafiə və hərbi sənayedə müstəqil ölkəyik".

Qeyd edək ki, raket 1400 kilometr uçuş məsafəsinə malikdir və saatda 15 min kilometrdən çox sürətə çata bilir.


Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top