Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.
Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşıİbrahim Əmiraslanlı “Turan”a bildirib.
İ.Əmiraslanlı əlavə edib ki, saxlanılan yoxdur.
Qeyd edək ki, bu gün, iyunun 6-da həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı mənzildə və Gəncə şəhərində ata evində axtarış aparıldığı bildirilir. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun vurğulamasına görə, B.Hacıyevin qardaşının və bəzi dostlarının da evlərində axtarış həyata keçirilir.
Vəkilin deməsinə görə, axtarış zamanı qohumlarının və dostlarının telefonları da əllərindən alınıb.